waplog

“Apple” 355 milyon dollara “AuthenTec” şirkətini satın alıb


“Apple” şirkəti mobil təhlükəsizlik üçün tətbiq istehsalçısı olan “AuthenTec” şirkətini 355 milyon dollara satın almaqla korporativ bazarda mövcudluğunu genişləndirməyi planlaşdırır.

Bu barədə “AuthenTec” şirkəti bildirib.“ICTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, “AuthenTec” şirkəti hazırda mobil telefon, fərdi kompyuter və şəbəkələr üçün müştərilərin kompleks İT təhlükəsizliyini təmin edən proqram və aparat həlləri təqdim edir.

Müstəqil analitiklər bildiriblər ki, “Apple” şirkətini daha çox “AuthenTec”-in biometrik eyniləşdirmə üçün texnologiyaları, həmçinin şəbəkə təhlükəsizliyinin təmini üçün bir sıra proqram hazırlamaları maraqlandırıb.




 
EMİL


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL