waplog

Ağstafanın daha bir kəndində EATS quruldu


Bütün bölgələrdə olduğu kimi, ölkənin qərb bölgəsində ən ucqar yaşayış məntəqələrinin müasir informasiya və kommunikasiya texnologiyaları ilə təmin edilməsi diqqət mərkəzindədir. Ağstafa rayonunda da bu istiqamətdə böyük işlər həyata keçirilir.

Ağstafada rabitə sahəsi bütün dövrlərdə sabit inkişafı ilə yadda qalıb. Bu nöqteyi-nəzərdən ümumi bünövrəsi qənaətbəxş olan rayonda İKT sahəsinin daha da inkişaf etdirilməsi üçün müəyyən istiqamət lazımdır.

Bu barədə danışan Telekommunikasiya Qovşağının  rəisi Mirəsgər Mahmudov görülmüş işlərlə bağlı danışaraq qeyd etdi ki, "Regionların sosial-iqtisadi inkişafı (2009-2013-cü illər)" Dövlət Proqramından irəli gələn vəzifələrin yerinə yetirilməsi istiqamətində qovşaqda həm texniki, həm də iqtisadi sahədə bir sıra gözəçarpacaq işlər görülmüşdür.

Onun sözlərinə görə, illər öncə davamlı inkişaf mərhələlərindən keçən rayon rabitəsi yaxın vaxtlarda bu inkişafın zirvəsinə çatacaq. Bu istiqamətdə həyata keçirilən işlərin tərkib hissəsi olaraq bu günlərdə Aşağı Göyçəli  kəndi üçün 256 nömrə  tutumlu elektron ATS-in avadanlığı alınaraq montaj işləri həyata keçirilib.

ATS istifadəyə verildikdən sonra həmin kənddə olan 115 nömrə rayon mərkəzində telefona ehtiyacı olan sakinlərin ixtiyarına veriləcək. Hazırda kəndlər istiqamətində EATS-lərin daha yaxşı, daha keyfiyyətli işləməsi üçün birləşdirici xətlərin fiber-optik kabellərlə əvəzlənməsi işləri həyata keçirilir.

M.Mahmudov bu istiqamətdə işlərin ilin sonuna kimi tam başa çatdırılacağını bildirdi. Onun sözlərinə görə, hazırda Köçəsgər, Eynallı və S.Vurğun kəndləri istiqamətində fiber-optik kabellər qoyulur. İlin sonuna kimi Yuxarı Göycəli, Tatlı, Köhnəqışlaq, kənd Poylu, Aşağı Kəsəmən, Saloğlu, Böyük Kəsik, Köçvəlli, Xılxına, Mollacəfərli və Qarahəsənli kəndlərinə fiber-optik kabelin çəkilməsi başa çatdırılmaq üzrədir.

 Qovşaq əhaliyə sürətli və keyfiyyətli internet xidmətləri göstərilməsində mühüm uğurlar qazanmışdır. Hazırda rayonda özəl internet provayderə də bərabər şərait yaradıldığından ümumi rəqabət mühitində bu sahə inkişaf edir.

Qovşaq üzrə bu il mərkəzi EATS-də internet istifadəçilərinin sayını artırmaq üçün 860 portluq yeni avadanlıq qurulub. Təkcə bu il 593 abunəçi sürətli internet şəbəkəsinə qoşulub. Rayonun Köçəsgər, Qırlı, S.Vurğun, Dağkəsəmən, kənd Poylu və Eynallı kəndlərində ADSL avadanlıqları qurularaq kənd sakinlərinin istifadəsinə verilib. Sözügedən kəndlərdə bu gün 200-ə yaxın internet istifadəçisi var.

Rayonda internet-klubların da sayı artır. Qovşaq  üzrə qarşıya qoyulan proqnoz  tapşırıqları yerinə yetirilmişdir. İlin sonunadək əsasən kənd telefon şəbəkəsinin daha da genişləndirilməsi və yuxarıda qeyd etdiyimiz kimi kənd  telefon  şəbəkəsinin genişzolaqlı rabitə  avadanlıqları ilə təmin  olunması qarşıya    qoyulan əsas məsələlərdəndir. M.Mahmudov bildirdi ki, bütün bu uğurların əldə olunması ”Aztelekom”İB-nin ümumi dəstəyi sayəsində baş tutub.

Qovşaq kollektivi yeni müasir texnologiyaların tətbiqi ilə rayon əhalisinə keyfiyyətli telefon rabitəsi və internet xidmətləri göstərilməsi üçün bütün imkanlarını səfərbər etməkdədir.
 
RƏVAN


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL