Çin Ayın tədqiqatı üçün orbitə peyk göndərəcək
Çin Xalq Respublikası 2013-cü ilin ikinci yarısında Ay planetinin araşdırılması üçün orbitə "Çanye-3" tədqiqat aparatını göndərəcək.
“ICTnews.az” elektron xəbər xidməti “itar-tass.com” saytına istinadən bildirir ki, “Çanye” aparatının orbitə buraxılması Çinin Yer kürəsinin peykinin araşdırılması üzrə proqramının ikinci mərhələsinin başlanğıcını bildirir. Bu proqrama aparatın ay orbitinə qalxması, onun səthində yerə enməsi və geri qayıtması daxildir.
Bütün proqram şərti olaraq 3 mərhələyə bölünüb. 2007-ci ildə birinci mərhələdə "Çanye-1" aparatının orbitə buraxılması uğurla həyata keçirilmişdi və o, Ay planetinin orbitində 16 ay fəaliyyət göstərmişdi. Nəticədə onun səthinin yüksək təsvir ölçüsündə üçölçülü kartı tərtib edilmişdi. 2010-cu ildə ora rayonların təsvirinin çəkilməsi üçün ikinci tədqiqat aparatı göndərilmişdi. "Çanye-3" aparatı həmin rayonlardan birində yerə enməli olacaq.
Çinin 2017-ci ildə, proqramın üçüncü mərhələsi çərçivəsində Yer kürəsinin yeganə peykinə göndərəcəyi aparatın əsas vəzifəsi ay süxurlarının nümunələrinin çatdırılması olacaq.
EMİL
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL