Ağstafada keçirilən treninqdə elektron ticarət portalı ilə bağlı məlumat verilib
İyulun 28-də Ağstafa Rayon İcra Hakimiyyətinin dəstəyi, İqtisadi İnkişaf Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Qazax nümayəndəliyinin təşkilatçılığı ilə Ağstafada Beynəlxalq Əmək Təşkilatının "Öz biznesinə başla və təkmilləşdir" proqramı çərçivəsində sahibkarlar üçün "Öz biznes ideyanı yarat" və "Öz biznesinə başla" mövzularında treninq keçirilib.
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu barədə İİN-in məlumatında deyilir.
Tədbirdə Ağstafa Rayon İcra Hakimiyyətinin, Bakı Biznes Tədris Mərkəzinin Qazax nümayəndəliyinin əməkdaşları, eləcə də Ağstafa rayonunda fəaliyyət göstərən sahibkarlar iştirak edib.
Treninqdə iştirakçılara biznes-ideyanın yaradılması, biznes-planların tərtib edilməsi, marketinq tədbirlərinin görülməsi, “SWOT”-təhlilin aparılması və bu sahədə beynəlxalq təcrübə, maliyyə planlarının hazırlanması və s. barədə ətraflı məlumat verilib.
Həmçinin, tədbir çərçivəsində İqtisadi İnkişaf Nazirliyinin və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) dəstəyi ilə yaradılmış “www.b2b.az” elektron ticarət portalı, portalın biznesin səmərəli təşkili və inkişafı üçün yaratdığı əlverişli imkanlar, portaldan istifadə qaydaları, elektron ticarətlə bağlı beynəlxalq təcrübə və s. barədə məlumat iştirakçıların diqqətinə çatdırılıb.
Treninqdə iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanıb, onları maraqlandıran suallar cavablandırılıb.
CAHANGİR
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL