waplog

Çində fləş-kart ölçüsündə mikro fərdi kompyuter hazırlanıb


Çinin “Kimdecent” adlı kiçik şirkəti “Droid Stick T4” adlı  kompyuter təqdim edib. O, ölçülərinə görə adi USB fləş-kartını xatırladır. Buna baxmayaraq gücünə görə bəzi planşet kompyuterlərindən üstündür.

“ICTnews.az” elektron xəbər xidməti “infox.ru” saytına istinadən  bildirir ki, “Droid Stick T4” adlı kiçik kompyuter “Android” əməliyyat sistemi (ƏS) ilə işləyir. ARM prosessorlarla işləyə bilən digər ƏS-nin quraşdırılması da nəzərdə tutulub.

“Kimdecent Droid Stick T4” mikro fərdi kompyuteri 1,2 QHs takt tezliyində işləyən “ARM Cortex A8” əsasında “Allwinner A10” mərkəzi prosessoru və “Mali 4000” qrafik sürətləndiricisi ilə təchiz olunub. Əməli yaddaş tutumu 1 qiqabayt təşkil edir və əməliyyat sistemi 4 qiqabayt tutumunda olan fləş-modula quraşdırılır. O, həm də istifadəçi fayllarının anbarı kimi istifadə edilir. “MicroSD” kartları hesabına yaddaşın tutumunu artırmaq mümkündür.

“Kimdecent Droid Stick T4” FK-nin ölçüləri 90x20x10 mm təşkil edir. “Android” platforması ilə işləyən kompyuter artıq satışa çıxarılıb və qiyməti çatdırılma nəzərə alınmadan 70 dollar təşkil edir.
 
EMİL


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL