waplog

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi təqdim etdiyi e-xidmətləri təkmilləşdirməyi planlaşdırır


Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) artıq bütün elektron xidmətləri aktivləşdirib. Hazırda Komitə əhaliyə təqdim etdiyi e-xidmətlərin daha da təkmilləşdirilməsini planlaşdırır.

Bu barədə "ICTnews.az" elektron xəbər xidmətinə QKDK-nin mətbuat xidmətinin rəhbəri Çingiz Hüseynov məlumat verib. O bildirib ki, Nazirlər Kabineti tərəfindən QKDK üçün müəyyənləşdirilən bütün  elektron xidmətlər artıq əhalinin istifadəsinə verilib.

Onların istifadəsində də heç bir maneə yoxdur: «Hazırda bizim komitədə həmin elektron xidmətlərin daha da təkmilləşdirilməsi, istifadəsinin daha da asanlaşdırılması və bu istiqamətdə daha hansı addımların atılması barəsində düşünülür və çalışılır ki, ölkə vətəndaşlarının e-xidmətlərdən istifadəsinin sayı artsın. Bunun üçün də lazım olan bütün tədbirlər görülür».



SEYMUR


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL