Müəllif əsərlərinin elektron qeydiyyatına başlanılıb
Azərbaycanda müəllif əsərlərinin elektron qeydiyyatına başlanılıb. Əsərlərin elektron qeydiyyatının maksimum müddəti isə 15 gün müəyyən olunub. “ICTnews” elektron xəbər xidmətinə bu barədə Müəllif Hüquqları Agentliyindən (MHA) məlumat verilib.
Agentlikdən bildirilib ki, artıq müəlliflər və hüquq sahibləri agentliyə gəlmədən əsərlərinin elektron variantını quruma göndərə bilər: “Qanunvericiliklə müəyyən olunmuş sənədlər əsasında müəlliflərə və müəlliflik hüququnun digər sahiblərinə məxsus müəlliflik hüququ obyektləri qeydiyyatdan keçirilir və onlara nümunəsi Nazirlər Kabinetinin 2 may 1997-ci il tarixli 38 nömrəli Qərarı ilə təsdiq edilmiş Qeydiyyat haqqında şəhadətnamə verilir.
“Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” ölkə prezidentinin fərmanına uyğun olaraq, müəllif əsəri Müəllif Hüquqları Agentliyində qeydiyyatdan keçirmək üçün MHA-nın saytına öz istifadəçi adını və şifrəsini yazmaqla daxil olmalıdır. Şifrə olmadığı halda isə “Əsərin, əlaqəli hüquq obyektinin və digər oxşar əqli mülkiyyət obyektlərinin elektron qeydiyyatı üçün sifarişçinin qeydiyyatı” linki üzrə qeydiyyatdan keçmək lazımdır”.
HƏQİQƏT
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL