waplog

Radio, televiziya və mətbuatda dilin normalarını pozanlar cəzalandırıla bilər


Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstitutu radio, televiziya və mətbuatda dilin normalarının pozulması hallarına yol verən şəxslərin müəyyən məsləhət şurası tərəfindən cəzalandırılmasını təklif edəcək. "ICTnews.az" elektron xəbər xidmətinin məlumatına görə, bundan sonra Azərbaycanda işə qəbul olunarkən mütəxəssislərin dövlət dilini bilmə səviyyəsinin xüsusi testlərlə yoxlanılması tələb olunacaq.

Dilçilik İnstitutunun direktor əvəzi Fəxrəddin Veysəlli mətbuata açıqlamasında bildirib ki, "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı"na  bir sıra məsələnin salınması gözlənilir.

Onun sözlərinə görə, Dövlət Proqramının hazırlanması üzrə yaradılan işçi qrupu Azərbaycan dilinin elm və təhsil müəssisələrində, KİV-də, idarəetmədə, küçədə, reklamlarda və beynəlxalq aləmdə istifadəsi ilə bağlı təkliflər hazırlayıb. O əlavə edib ki, bu həftə işçi qrupun sonuncu iclası keçiriləcək və Dövlət Proqramında hansı təkliflərin öz əksini tapacağı müəyyənləşdiriləcək.


SEYMUR
 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL