waplog

Mobil çiplərin hazırlanması üzrə ortaq müəssisə yaradılıb


Yaponiyanın “Fujitsu”, “NTT DoCoMo” və “NEC” şirkətləri bu gün “Access Network Technology” adlı ortaq müəssisənin yaradılması haqqında elan edib. Müəssisə mobil qurğular üçün prosessor hazırlamaqla məşğul olacaq.

“ICTnews.az” elektron xəbər xidməti “compulenta.ru” saytına istinadən bildirir ki, “Fujitsu” yeni şirkətin 52.8 faizinə nəzarət edəcək. “NTT DoCoMo” və “NEC” şirkətlərinin payları müvafiq olaraq 19,9 və 17,8 faiz təşkil edəcək.

Partnyorlar şəxsi mobil prosessorlarını hazırlamaqla kənar şirkətlərdən daha az asılı olacaqlar.
“Access Network Technology” müəssisəsi portativ qurğularda (smartfon və planşet) simsiz və mobil rabitəni təmin edəcək mikroçip yaratmaqla məşğul olacaq.


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL