“Sony” şirkəti nazik və güclü planşet istehsal edəcək
Yaponiyanın “Sony” şirkəti alüminium korpusda hazırlanmış nazik planşet təqdim etməyə hazırlaşır. Bu barədə “XDA Developers” forumunda “qsp” ləqəbli istifadəçi məlumat verib.
“ICTnews.az” elektron xəbər xidməti “vesti.ru” saytına istinadən bildirir ki, qeyri-rəsmi məlumatlara görə, “Xperia” planşeti “Android 4.0” əməliyyat sistemi ilə işləyəcək. Planşet 9,4 düymlü 1280x800 təsvir ölçülü ekran və dördnüvəli “Nvidia Tegra 3” prosessoru ilə təchiz ediləcək. Həmçinin “Wi-Fi” modulu, “3G”, 8 meqapikselli əsas kamera və 1 meqapikselli ön kamera olacaq.
Akkumulyatorun tutumu 6,000 milliamper/saat təşkil edəcək. Nəmə davamlı korpusun qalınlığı 8,8 millimetrə bərabər olacaq.“Sony” şirkətinin aparatı sentyabrda istehsal edəcəyi gözlənilir.
EMİL
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL