Elektron xidmətlər iqtisadi proseslərə müsbət təsirini göstərməkdədir
Azərbaycanda vergi ödəyicilərinin istifadə etdikləri elektron xidmətlər iqtisadi proseslərə müsbət təsirini göstərməkdədir. Bu ilin birinci yarısında elektron xidmətlərdən istifadə səviyyəsini əks etdirən göstəricilər də faktı təsdiqləyir. “ICTnews” elektron xəbər xidmətinə bu barədə Vergilər Nazirliyindən məlumat verilib.
Nazirlikdən bildirilib ki, bu sahədə “Vahid pəncərə” sistemi üzrə göstəricilər xüsusi diqqət çəkir. Belə ki, 2012-ci ilin birinci yarısında Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyəti subyektlərinin qeydiyyatının “Vahid pəncərə” prinsipi üzrə aparılması davam edib və qeydə alınmış sahibkarlıq subyektlərinin ümumi sayı 36.644 təşkil edib.
Bunlardan 2.271-si kommersiya hüquqi şəxslər, 34.373 isə fərdi sahibkarlardır: “Qeydiyyat məlumatları mərkəzləşdirilmiş şəkildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, Dövlət Sosial Müdafiə Fonduna, Dövlət Statistika Komitəsinə və Dövlət Gömrük Komitəsinə ötürülür. İqtisadi İnkişaf Nazirliyi ilə əməkdaşlıq haqqında razılaşmaya uyğun olaraq, ilin ilk yarısı ərzində vergi ödəyicilərinə “Bir pəncərə” vasitəsilə 18.068 nəzarət kitabçası təqdim edilib”. Bundan başqa, banklarla elektron mübadilə də hazırda müsbət göstəricilərlə seçilir: “Vergi ödəyicilərinə daha əlverişli şərait yaratmaq məqsədilə Vergilər Nazirliyi, Mərkəzi Bank və bank idarələri arasında hesabların açılması və hesablanmış vergilər üzrə borcların, faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması üçün banklara təqdim edilən şəhadətnamə-dublikatların və sərəncamların elektron mübadiləsi aparılmaqdadır. Banklar və digər kredit təşkilatları ilə vergi orqanları arasında inteqrasiyanın genişləndirilməsi sahəsində 2012-ci ilin birinci yarısında işlər davam etdirilib.
“Yunayted Kredit Bank” ASC, “NBC Bank” və “Bank Respublika” ilə vergi orqanları arasında hesabların açılması üçün şəhadətnamə-dublikatların və hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması üçün sərəncamların elektron mübadiləsinə başlanılıb. Bununla da respublikamızda fəaliyyət göstərən kommersiya banklarından 34-nün və ya 77 faizinin elektron mübadiləyə qoşulması təmin edilib”. Eyni zamanda, “Kapitalbank” və “Azərbaycan Sənaye Bankı” ASC-lərlə elektron sənəd mübadiləsi istiqamətində test işləri aparılır.
HƏQİQƏT
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL