Azərbaycanda quruda “2D” Seysmik İşlər üzrə sənədin işlənilməsinə başlanılıb
ARDNŞ və “ConocoPhillips Exploration Azerbaijan Ltd” arasında, Azərbaycan Respublikasının quru ərazilərində aparılacaq ikiölçülü (2D) Seysmik İşlər üzrə Birgə Tədqiqatın Ətraf Mühitə Təsirinin Qiymətləndirilməsi layihə sənədinin işlənilməsi üçün razılaşma əldə olunub.
Bununla əlaqədar olaraq, Ekologiya İdarəsi ilə Geofizika və Geologiya İdarəsinin nümayəndələri birgə tədqiqat dəhlizinə düşən rayonlarda, Kürdəmir, Ucar, Ağdaş, Göyçay, Yevlax, Mingəçevir, Qax, Şəki, Qəbələ, Oğuz, İsmayıllı, Şamaxı, Ağsu, Qobustan rayon və Şəhər İcra hakimiyyətlərinin, DTXK–nin rayonlar üzrə şöbələrinin, ETSN Ərazi Ekologiya və Təbii Sərvətlər şöbələrinin, Rayon Meşə Mühafizəsi Bərpası Müəssisələrinin, Dövlət Təbiət Qoruqlarının və aidiyyəti dövlət qurumlarının nümayəndələrinin birgə iştirakı ilə ilkin müzakirə və məsləhətləşmələr həyata keçirilib.
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu barədə ARDNŞ-in Ekologiya İdarəsinin məlumatında deyilir.
Keçirilən görüşlərdə layihənin əhatə etdiyi tədqiqat obyektləri olan həssas təbii ərazilər, milli park və dövlət təbiət qoruqları, meşə təsərrüfatı, dövlət, bələdiyyə və şəxsi torpaq sahələri, yaşayış məntəqələri, kommunikasiya xətləri keçən sahələr və s. ərazilərdə mövcud tələblərə əsasən aparılacaq işlər barədə toplantı iştirakçılarına məlumat verilib.
ƏMTQ-nin ilkin mərhələsi olan ekoloji monitorinq tədqiqatları və çöl ekoloji ekspedisiya işləri zamanı ərazilərdə təbii mühitin hazırkı vəziyyətinin kəmiyyət və keyfiyyətinin göstəricilərinin (atmosfer havası, torpaq, su mühiti, radioaktiv fon, səs-küy və s.) öyrənilməsi və “2D” Seysmik Tədqiqat İşləri zamanı vibroseysmik işlərin spesifikası haqqında görüş iştirakçılarına məlumat verib.
Müzakirələr zamanı yerli mütəxəssislərlə birlikdə Azərbaycanın fiziki-coğrafi xəritəsi üzərində, profil xətlərinin keçəcəyi ərazilər müəyyənləşdirilib.
Ekologiya İdarəsi tərəfindən yaxın günlərdə, ƏMTQ-nin ilkin mərhələsi olan ekoloji monitorinq tədqiqatları və çöl ekoloji ekspedisiya işlərinə başlanılmasının nəzərdə tutulduğu barədə məlumat verilib.
CAHANGİR
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL