waplog

2012-ci ilin 6 ayında dövlət büdcəsinin mədaxili və məxarici açıqlandı


2012-ci ilin 6 ayında dövlət büdcəsinin mədaxili 8134,4 mln. manat, xərcləri 7109,5 mln. manat olub. 1024,9 mln. manat məbləğində büdcə artıqlığı (profisit) yaranıb. "ICTnews.az" elektron xəbər xidməti Maliyyə Nazirliyinin rəsmi internet səhifəsinə istinadən bildirir ki, cari ilin altı ayında dövlət büdcəsinin xərcləri 91,4 faiz icra edilib ki, bu da 2012-ci ilin müvafiq dövrünə nisbətən 2227,4 mln. manat və ya 45,6 faiz çox icra olunub.

İqtisadi təsnifata uyğun olaraq cari ilin altı ayı ərzində dövlət büdcəsi xərclərinin 32,3 faizi və ya 2299,7 mln. manatı sosial təyinatlı xərclərin maliyyələşdirilməsinə yönəldilməklə 2011-ci ilin eyni dövrü ilə müqayisədə 369,9 mln. manat və ya 19,2 faiz çox olub.

Funksional təsnifata uyğun olaraq 2012-ci ilin altı ayı üzrə ötən ilin eyni dövrü ilə müqayisədə sənaye, tikinti və faydalı qazıntı xərclərinə 86,1 faiz (1164,6 mln. manat), İqtisadi fəaliyyətlə bağlı xərclərə 42,8 faiz (31,2 mln. manat), sosial müdafiə və sosial təminat xərclərinə 42,1 faiz (283,5 mln. manat), müdafiə xərclərinə 41,6 faiz (151,7 mln. manat), mənzil və kommunal təsərrüfatı xərclərinə 39,8 faiz (36,7 mln. manat), mədəniyyət, incəsənət, informasiya və bədən tərbiyəsi xərclərinə 36,9 faiz (27,4 mln. manat), məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq xərclərinə 28,0 faiz (81,5 mln. manat), nəqliyyat və rabitə xərclərinə 19,4 faiz (4,7 mln. manat), ümumi dövlət xidmətləri xərclərinə 17,8 faiz (66,3 mln. manat), səhiyyə xərclərinə 16,2 faiz (31,8 mln. manat), kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq, ovçuluq və ətraf mühitin mühafizəsi xərclərinə 6,3 faiz (10,9 mln. manat), təhsil xərclərinə 2,3 faiz (13,0 mln. manat) çox vəsait yönəldilib.

Cari ilin altı ayında dövlət əsaslı vəsait qoyuluşu xərclərinə 2513,9 mln. manat vəsait yönəldilib. Həmin vəsaitdən təhsil, səhiyyə, mədəniyyət, idman və digər sosial-mədəni və məişət təyinatlı obyektlərin tikintisinə və yenidən qurulmasına 513,5 mln. manat, enerji, su təchizatı, qaz, nəqliyyat, kommunal, meliorasiya və bu qəbildən olan digər infrastrukturların tikintisinə, yenidənqurulmasına 1475,9 mln. manat vəsait yönəldilib.

SEYMUR


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL