waplog

“Sharp” yarım əsrdən sonra ilk dəfə olaraq işçilərini kütləvi ixtisar edəcək


Yaponiyanın "Sharp" korporasiyası yaxın 8 ay ərzində 5 min iş yerini ixtisar edəcək. Məlumat üçün bildirək ki, şirkət 1950-ci ildən bəri ilk dəfə olaraq kütləvi ixtisar həyata keçirəcək.

"ICTnews.az" elektron xəbər xidməti "lenta.ru" saytına istinadən  bildirir ki, ixtisarlar ilk növbədə Yaponiyada ediləcək. Şirkəti bu addımı atmağa vadar edən əsas səbəb televizor və maye kristal ekran satışlarının həcminin azalmasıdır.

Korporasiya əməkdaşlarını ixtisar etməkdən savayı, həmçinin  müdiriyyətinin maaşını azaldacaq. Top-menecerlərin bonusları isə 20-50 faiz azaldılacaq.





 
EMİL


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL