KTN gələn həftə “Elektron Xidmət”lər portalına qoşulacaq
Kənd Təsərrüfatı Nazirliyinin (KTN) rəsmi internet səhifəsi (www.agro.gov.az) gələn həftə “Elektron Hökumət” Dövlət İnformasiya Sisteminə qoşulacaq. Bu barədə "ICTnews.az" elektron xəbər xidmətinə adıçəkilən nazirliyin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev məlumat verib.
O bildirib ki, KTN-i artıq bütün elektron xidmətləri hazırdır və vətəndaşların istifadəsinə verilib: «EHDİS-ə qoşulmaq üçün müraciət olunub və hazırda onun üzərində tamamlama işləri aparılır. Çox güman ki, gələn həftəyə tam olaraq işlər yekunlaşacaq».
M.Hacıyev onu da əlavə edib ki, nazirlik işçilərinə elektron imzaların alınması istiqamətində də işlər davam etdirilir. Onun sözlərinə görə, artıq bir neçə e-imza alınıb: «Bundan başqa, daha 10 elektron imzanın alınması üçün müraciət etmişik. Sənədlər hazırlanaraq təqdim olunub. Hesab edirəm ki, yaxın günlərdə bu məsələ də öz həllini tapacaq».
SEYMUR
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL