waplog

“Azərfon”un xidmət haqları kənd poçt şöbələrində də qəbul olunacaq


Region poçt şöbələrində “Azərfon”un telefon danışıq haqları qəbul olunacaq. Bu barədə “ICTnews” elektron xəbər xidmətinə “Azərpoçt” MMC-dən məlumat verilib. Bütün poçt şöbələrində xidmətin təşkili üçün tərəflər arasında müqavilə hələ ötən il imzalansa da, texniki problemlər üzündən məsələ yalnız Bakı çərçivəsində həllini tapıb.

Artıq bu istiqamətdə irəliləyişlərə nail olunub və müəssisədən verilən məlumatda bildirilir ki, yaxın günlərdə bütün region poçt şöbələrində, hətta kəndlərdə belə  adıçəkilən mobil operatorun xidmət  haqları qəbul ediləcək.

Xatırladaq ki, bir neçə il əvvəl “Azercell” və “Bakcell” MMC-lərin  abunəçilərindən xidmət haqlarının qəbulu təşkil edilib.




RƏVAN


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL