waplog

Amerikalı əsgərlərə işdə pornosaytlara baxmaq qadağan edilib


ABŞ-ın Raketəleyhinə müdafiə agentliyi əməkdaşlarından işçi kompyuterlərdən pornosaytlara baxmaq üçün istifadəni dayandırmağı tələb edib.

“ICTnews.az” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən  bildirir ki, təşkilatın icraçı direktoru Con Ceyms tərəfindən əməkdaşlara göndərilmiş məktubda bildirilib ki, son aylar ərzində dövlət qulluqçularını dəfələrlə agentliyin şəbəkəsindən “yolverilməz” istifadədə yaxalayıblar. Yolverilməz dedikdə pornosaytlara baxış və pornoqrafik təsvirlərin yer aldığı mesajların mübadiləsi nəzərdə tutulur.

Ceyms qeyd edib ki, belə davranış həm qeyri-peşəkardır, həm də təşkilatın daxili şəbəkəsinin təhlükəsizliyini təhlükə altına qoyur.

Qadağanı pozmuş şəxslər intizam məsuliyyətinə cəlb olunacaqlar.Məlumat üçün bildirək ki, Raketəleyhinə müdafiə agentliyi  raketlərdən müdafiənin yerüstü üsullarının hazırlanması ilə məşğuldur. 2013-cü ildə Pentaqon təşkilata 7,7 milyard dollar ayırmağı planlaşdırır.
 
EMİL


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL