Vəli Allahverdiyev: «Hesab edirəm ki, müəssisələri elektron imzalarla işləməyə cəlb etməliyik»
Dövlət Statistika Komitəsi 7 elektron imza alıb. Bu barədə “ICTnews” elektron xəbər xidmətinə adıçəkilən komitənin Baş hesablama mərkəzinin direktoru Vəli Allahverdiyev məlumat verib.
O bildirib ki, hələlik e-imzalar rayon təşkilatları üçün alınmayıb. Onun sözlərinə görə, hazırda komitədə elektron imzaların kütləvi şəkildə tətbiqinə nail olunmayıb. Çünki bu sistem daxili sənəd dövriyyəsində tətbiq edilə bilər: «Lakin bizim artıq 5 ildən çoxdur ki, daxili proqram sistemlərimiz var və o, çox yaxşı işləməkdədir.
Mən hesab edirəm ki, elektron imzalarla işləməyə müəssisələri cəlb etməliyik. Hesab edirəm ki, bir qədər vaxt keçdikdən sonra müəssisə rəhbərləri elektron imzanın üstünlüklərini və verdiyi imkanları tam öyrəndikdən sonra özləri yavaş-yavaş e-imza almağa başlayacaqlar və beləliklə də onun geniş tətbiqinə imkan yaranacaq».
SEYMUR
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL