waplog

AQUPDK yaxın zamanlarda “Elektron Hökumət” Dövlət İnformasiya Sisteminə qoşulacaq


Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaxın zamanlarda “Elektron Hökumət” Dövlət İnformasiya Sisteminə qoşulacaq. Bu barədə “ICTnews.az” elektron xəbər xidmətinə adıçəkilən komitənin İnformasiya və sosial analitik araşdırmalar şöbəsinin məsləhətçisi Səmra Əliyeva məlumat verib.

O bildirib ki, hələlik komitəyə serverlər alınmağı üçün Elektron Xidmətlər Portalına qoşula bilmirlər: «Biz serverlərin alınması üçün müvafiq instansiyalara müraciət etmişik.

Bundan əlavə hazırda “Ultra” şirkəti ilə danışıqlar aparırıq ki, vahid kabellə komitənin bütün şöbələri internetə qoşulsun.  Şirkətin əməkdaşları da bu işləri yaxın zamanlarda başa vuracaqlar. Ondan sonra server qurulacaq və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi  özünün təqdim etdiyi e-xidmətlərini “Elektron Hökumət” Dövlət İnformasiya Sistemində yerləşdirəcək».

S.Əliyeva onu da əlavə edib ki, təmsil etdiyi komitə üçün 15 elektron imza alınıb: «Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzinin mütəxəssisləri də e-imzadan istifadə ilə bağlı bizim əməkdaşlara treninqlər keçiblər. Elektron imzaları istifadə etmək üçün də bütün  avadanlıqlar artıq alınıb».

SEYMUR


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL