Elektron və elektrotexnik materiallar ətrafında müzakirələr aparılacaq
5-7 avqust tarixlərində Çinin Şanxay şəhərində “International Conference on Optical”, “Electronic and Electrical Materials” 2-ci beynəlxalq konfransı baş tutacaq. Konfransda optik, elektron və elektrotexnik materiallar ətrafında müzakirələr aparılacaq və sahə üzrə peşəkarların məruzələri dinləniləcək.
Konfrans zamanı iştirakçılar son dövrlərdə təqdim olunan sahə üzrə sanballı elmi-tədqiqat işləri ilə tanış olacaq. Bununla yanaşı, sözügedən materialların təsir dairəsində olan kimya, fizika, hesablama əlavələri, maşınqayırma, texnologiyaların emalı və göndərilməsi mövzuları diqqətə çatdırılacaq.
Konfransın əsas kontingentini optik, elektron və elektrotexnik materialların istehsalçı şirkətlərinin rəhbərləri, tədqiqatçılar və sahə üzrə pedaqoji fəaliyyətlə məşğul olan mütəxəssislər təşkil edir.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL