waplog

Biləsuvar poçtu bank filialları


Azərbaycan Respublikası  Prezidenti İlham Əliyev cənablarının diqqət və qayğısı sayəsində informasiya və kommunikasiya texnologiyaları, o cümlədən poçt rabitəsi sahəsində  respublikamızın bütün bölgələrində olduğu kimi, Biləsuvarda da böyük uğurlar əldə olunub.

Biləsuvar Poçtamtının rəisi Ramil Ağayev bu nailiyyətlərin qazanılmasında Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi “Azərpoçt” MMC və rayon İcra hakimiyyətinin  köməkliklərini xüsusi qeyd edərək bu istiqamətdə daha böyük yeniliklər etməyə hazırlaşdıqlarını bildirdi.

Əvvəllər bəzi problemlərin yaşandığı poçtamtda bir il ərzində yaxşı xəbərlərin gəlməsi təqdirəlayiq haldır. Əvvəllər bəzi problemlərin yaşandığı rayon poçt rabitəsi sahəsində çoxsaylı yeniliklərin qazanılması təqdirəlayiq haldır. Rəis R.Ağayev qazanılan uğurların əldə olunmasında poçtamtın sağlam kollektivinin əməyini önə çəkdi.

O, sözlərinə davam edərək kollektivin işinin öhdəsindən bacarıqla gəlməsində onlara yaradılan əlverişli iş şəraitini də əsas gətirdi. Belə ki, rayonda  poçtamtın inzibati binası müasir standartlara uyğun təmir edilib, yeni poçt şöbələri tikilib, xidmət keyfiyyəti bir qədər də artırılıb.
Poçtamt tərəfindən əhaliyə göstərilən xidmət keyfiyyəti xeyli artırılıb.

Onlara yeni xidmətlərin təqdim edilməsi üçün əməli tədbirlər həyata keçirilir. Belə ki, poçtamt tərəfindən bu ilin 6 ayında plan və tapşırıqlar 110,58 faiz olmaqla artıqlaması ilə yerinə yetirilib. Poçt şöbələri tərəfindən ənənəvi xidmətlərlə yanaşı, qeyri-ənənəvi xidmətlər- beynəlxalq “Western UNION” pul köçürmələri, bank və maliyyə xidmətləri, DYP cərimələrinin, vergi rüsumlarının qəbulu, valyutadəyişmə xidmətləri geniş yayılıb. Rayon sakinlərinin böyük marağına səbəb olan bu xidmətlərə tələbat gün-gündən artmaqdadır.

Qeyd edək ki, poçt müəssisələrinin bank-maliyyə xidmətləri göstərməsinə başlaması ilə əlaqədar olaraq RPF-nin inzibati binasının birinci mərtəbəsində  pul vəsaitlərinin təhlükəsiz saxlanılması məqsədilə müasir tələblərə cavab verən “bunker” və əlavə yardımçı otaqlar müasir tələblərə cavab verir. Poçtamtda təhlükəsizlik ən yüksək səviyyədə təmin edilib. Belə ki, poçtamtda mühafizə xidmətinin əməkdaşları ilə yanaşı, müşahidə kameralarının qurulması işləri də təmin edilib ki, bu da poçtun banklarla rəqabətinin ilkin mərhələsidir.

R.Ağayev bildirdi ki, Biləsuvar Poçtamtı bankların istənilən rayon filialı ilə rəqabət apara bilir, hətta bir çox hallarda onları üstələyir. Son vaxtlar banklarda sürücülərin cərimə hallarının  və vergi borclarının ödənişinin həyata keçirilməsi bankları bir qədər narahat edib. Digər tərəfdən  Biləsuvarın kəndlərində də poçtun bank xidmətləri göstərməsi imkanları bir qədər  artırılıb.

 Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun  olaraq kəndlərdə tikilən poçt şöbələrinin müasir estetik vəziyyətdə saxlanılması, xidmətdən istifadə edənlərə daha müasir xidmətlər təqdim etmək üçün nəzərdə tutulan tədbirlər planı davam etdirilir.

Qazanılan uğurlarda əldə olunan nəticələrdə kollektivin əməyini xüsusi vurğulayan R.Ağayev rəhbərliyin etimadını doğruldaraq vəzifə öhdəliklərini layiqincə yerinə yetirərək bundan sonra da əhaliyə  nümunəvi xidmət göstərəcəklərini əminliklə söylədi.     
  
RƏVAN


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL