waplog

Tayvanın smartfon istehsalçısı kasıblayır


"HTC" şirkəti 2012-ci ilin ikinci rübü üzrə maliyyə göstəricilərini elan edib.“ICTnews.az” elektron xəbər xidməti “compulenta.ru” saytına istinadən bildirir ki, Tayvanın smartfon istehsalçısının mədaxil və mənfəəti azalıb. Üç ay ərzində mədaxil təxminən 3,0 milyard dollar təşkil edib.

Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 27 faiz aşağıdır. "HTC" şirkəti aprel-iyun ayları ərzində təxminən 248 milyon dollar əldə edib və bu, illik hesablamada 58 faiz azdır.

Şirkət smartfon bazarındakı mövqeyini güclənmiş rəqabətə görə əldən verir. Hesablamalara görə, ikinci rübdə dünyada təxminən 153,9 milyon smartfon satılıb və onların 8,8 milyonu "HTC" şirkətinin istehsalıdır. Bir il ərzində şirkətin bazar payı iki dəfə azalaraq 5,7 faizə bərabər olub.





EMİL




NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL