waplog

Dünya Elektron Kitabxanasının içracı direktoru Bakıya gələcək


Avrasiya Dialoq Mərkəzinin təşkilatçılığı ilə Türkiyə, Kipr, Gürcüstan və Rusiya hökumətlərinin dəvəti ilə regionda səfərdə olacaq məşhur İsgəndəriyyə Kitabxanasının direktoru, Dünya Elektron Kitabxanasının içracı direktoru, BMT-nin Sivilizasiyalar Alyansı üzrə səfiri, Beynəlxalq İnformasiya Elmləri Məktəbinin rəhbəri Dr. İsmayıl Seragəldin sentyabrın sonunda Azərbaycana səfər edəcək.

Səfər məqsədi Azərbaycan Respublikası Diaspora Komitəsi, Təhsil Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Milli Elmlər Akademiyasi, Kooperasiya Universiteti ilə əməkdaşlıq perspektivlərini müzakirə etmək və birgə layihələrin reallaşdırılmasıdır.

Qeyd edək ki, Dr. İsmayıl Seragəldin dünya miqyasında tanınmış alimdir, onun beynəlxalq fəaliyyətinə 1992-2000-ci illərdə Dünya Bankının kənd təsərrüfatı, ətraf mühit, mədəni layihələr üzrə ilk vitse-prezident, BMT-nin Sivilizasiyalar Alyansının Ali Qrup üzvü və BMT Baş katibi tərəfindən təyin olunmuş səfiri, Fransa prezidentinin sərəncamı ilə 2011-ci ilin Elm adamı "Knowledge of the year", Misir Elmlər Akademiyasının rəhbəri, Dünya Bankının nəzdində yaradılmış Ümumdünya Su Təşkilatının, Kənd Təsərrüfatına Yardım Qrupunun, Dünya Mikromaliyyələşdirmə Assosiasiyasının yaradıcısı və rəhbəri olmuşdur.  Son 1600 il ərzində İsgəndəriyyə şəhərinin və İsgəndəriyyə Kitabxanasının Baş kitabxanaçısı titulunu daşıyan ilk alimdir.

Mükafatlandırma zamanı Amerika Milli Elmlər Akademiyasının prezidenti bildirmişdi ki, məhz Dr. İsmayıl Seragəldinin Dünya Bankındakı fəaliyyəti, Kənd Təsərrüfatına Yardım Qrupuna rəhbərliyi zamanı apardıgı islahatlar və layihələr nəticəsində dünya əhalisinin 2.5 milyardı acından ölməkdən qurtulacaq. İsmail Seragəldin müsəlman və xüsusən ərəb dünyasında elmin, təhsilin inkişafının pionerlərindən hesab olunur.
Dr. Seragəldin Azərbaycan və onun mədəniyyətinə xüsusi vurgunluğu ilə fərqlənir.

Onun fikrincə, Nizami Gəncəvi yaratdığı xəzinə ilə Müsəlman Dünyası ədəbiyyatının dahi şairidir və ondan sonra gələn nəsillərin yetişməsində, ölməz əsərlərin yaradılmasında əvəzsiz rol oynayıb. Şekspirin “Romeo və Cülyetta” əsərindən tutmuş, Şərq romantik əsərlərinə qədər hamısı Nizamidən ilhamlanıb. 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL