waplog

Yaponiyada 70 meqavatlıq günəş stansiyası tikiləcək


"Kyocera" şirkəti Kaqosima şəhərində günəş elektrik stansiyasının tikilməsi ilə bağlı planı haqqında məlumat verib. Təqdim edilmiş sənədlərə əsasən, onun gücü 70 meqavat təşkil edəcək. Konstruksiyanın qurulması ilə "Kagoshima Mega Solar Power Corporation" şirkəti məşğul olacaq.

“ICTnews.az” elektron xəbər xidməti “infox.ru" saytına istinadən bildirir ki, "Kyocera" şirkəti artıq sentyabrda tikinti işlərinə başlamağa və işi düz 1 il sonra bitirməyə hazırlaşır. "Fareastgizmos" portalının analitiklərinin hesablamalarına əsasən, stansiyanın tikintisinə ən azı 345 milyon dollar lazım olacaq. Hazırda bu layihəyə  yeddi böyük şirkətin, həmçinin "Kyocera" şirkətinin hesabından pul ayrılır.

290 min fotoelektrik moduldan ibarət olacaq günəş elektrik stansiyasının tikintisinin məqsədi tamamilə aydındır: Yaponiya bərpa olunan enerji mənbələrindən istifadəyə keçir. Yaponiya ötən il baş vermiş fəlakətdən sonra daha atom elektrik stansiyalarına etibar etmir.

Hələ tikilməmiş stansiya "Kagoshima Nanatsujima Mega-Solar Power Plant" adlandırılıb. Onun ümumi sahəsi 1,27 kvadrat kilometr təşkil edəcək və çox hissəsi suyun altında qalacaq. Energetika sahəsi üzrə  mütəxəssislərin hesablamalarına görə, stansiya 22 min evi enerji ilə təmin edəcək. Bundan əlavə, onun istifadəsi atmosferə karbon qazı tullantılarını azaltmağa imkan yaradacaq. İlkin məlumatlara görə, karbon qazı tullantıları hər il 25 min ton azalacaq.
 
EMİL


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL