Azərbaycanda müasir texnologiyalara əsaslanan çörək istehsalı müəssisələri yaradılacaq
Bakı ətrafı kənd və qəsəbələrdə müxtəlif istehsal, emal və infrastruktur müəssisələrinin inşası ilə yanaşı, müasir texnologiyalara əsaslanan çörək istehsalı müəssisələrinin də yaradılması nəzərdə tutulub.
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu barədə İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun "Sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda növbəti tədbiri zamanı fondun icraçı direktoru Şirzad Abdullayev deyib.
Onun sözlərinə görə, dövlətin güzəştli kreditləri hesabına Azərbaycanda illik istehsal gücü 156,3 min ton olan 14 çörək istehsalı müəssisəsinin maliyyələşdirilməsinə 13,1 mln. manat, o cümlədən Bakı ətrafı kənd və qəsəbələr üzrə illik istehsal gücü 123,5 min ton olan 8 çörək istehsalı müəssisəsinin maliyyələşdirilməsinə 6 mln. manatadək güzəştli kredit verilib.
Tikintisinə başlanmış iri çörək istehsalı müəssisələrindən olan "Xəzri TN" MMC tərəfindən müasir texnologiyaların tətbiqi ilə Əhmədli qəsəbəsində gündəlik istehsal gücü 140 ton çörək istehsalı olan zavodun inşasına Fond tərəfindən ilkin mərhələdə 1 mln. manat güzəştli kredit ayrılıb.
CAHANGİR
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL