waplog

“Sosial kalkulyator” elektron xidməti müavinət və təqaüdlərlə bağlı məlumat alınmasını asanlaşdıracaq


Bundan sonra vətəndaşlar sosial müavinət və təqaüdlər haqqında elektron xidmət vasitəsilə daha asan şəkildə ətraflı məlumat əldə edə biləcəklər. “ICTnews” elektron xəbər xidmətinə bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, qurumun göstərdiyi elektron xidmətlərə “Sosial müavinətlərin və təqaüdlərin hesablanması üzrə sosial kalkulyator” da daxildir: “Bu xidmət sosial müavinətlərin və təqaüdlərin məbləği barədə sosial kalkulyator vasitəsilə konkret məlumat əldə edilməsini nəzərdə tutur. Sosial kalkulyator elektron xidməti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidməti tərəfindən həyata keçirilir”.

Nazirlikdən qeyd edilib ki, sosial müavinətlərin və təqaüdlərin hesablanması sahəsində elektron xidmət qismən avtomatlaşdırılıb: “Elektron xidmətin icra müddətinə gəlincə, sənədlərə baxılması və müvafiq qanunvericiliyə uyğun şəkildə müavinət və ya təqaüd təyinatı 10 gün ərzində həyata keçirilir və bundan sonra vətəndaşlara sosial müavinətlərinin və ya təqaüdlərinin məbləği barədə məlumat verilir. Xidmət ödənişsiz olaraq həyata keçirilir və ondan Azərbaycanda fəaliyyət göstərən hüquqi və fiziki şəxslər istifadə edə bilərlər.

Elektron xidmətin göstərilməsi üçün müvafiq sənədlər də tələb olunur. Sosial müavinət və təqaüd təyinatı ilə bağlı müraciət Dövlət Sosial Təminat Xidməti tərəfindən qəbul edilir. Təqdim edilmiş sənədlərdə çatışmazlıqlar aşkar edildikdə bu barədə ərizəçiyə lazımi məlumatlar verilir. Çatışmazlıqlar aradan qaldırıldıqdan və təkrar təqdim edildikdən sonra sənədlərə baxılır və müvafiq qərar qəbul edilir. Çatışmazlıqlar və ya imtina üçün əsas olmadıqda 5 gün ərzində bu barədə rəhbərliyə məlumat verilir və sənədlərin rəsmiləşdirilməsi məqsədilə rəhbərliyin - nazir müavinlərinin və aidiyyəti şöbə müdirlərinin iştirakı ilə toplantı keçirilir. Toplantının nəticəsi protokollaşdırılır və qərara müvafiq olaraq növbəti inzibati mərhələyə keçilir”.

Nazirlikdən qeyd edilib ki, xidmət göstərən dövlət orqanlarının qəbul etdiyi qərarlardan və onların vəzifəli şəxslərinin hərəkətlərindən qanunvericiliyə uyğun olaraq inzibati qaydada və ya məhkəməyə də şikayət verilə bilər.

HƏQİQƏT

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL