Baş Prokurorluqda «Elektron cinayət» informasiya sistemi yaradılacaq
«Baş prokurorluqda yeni informasiya texnologiyalarının hərtərəfli tətbiqi və Mərkəzləşdirilmiş informasiya-kommunikasiya sisteminin yaradılması istiqamətində görülən işlər müsbət dəyərləndirilir. Baş prokuror tərəfindən prokurorluq orqanlarında yaradılmış «Elektron sənəd dövriyyəsi» sisteminin daha da təkmilləşdirilməsi və texniki imkanlarının artırılması vacibdir».
“ICTnews.az” elektron xəbər xidmətinin məlumatına görə, bu fikirləri Baş Prokurorluqda prokurorluq orqanları tərəfindən 2012-ci ilin birinci yarımilində «Prokurorluq haqqında» Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə görülmüş işlərin vəziyyəti və bu məsələnin bölgə müşavirələrində müzakirələrinin nəticələrinə həsr olunmuş geniş əməliyyat müşavirəsində Baş prokuror Zakir Qaralov söyləyib.
O bildirib ki, Nazirlər Kabinetinin cari il iyulun 11-də keçirilmiş iclasında Dövlət başçısı cənab İlham Əliyevin elektron sistemə keçidin zəruriliyi barədə verdiyi göstərişlərə müvafiq olaraq təxirəsalınmaz tədbirlər həyata keçirilib.
Daha sonra Z.Qaralov mərhələ-mərhələ Bakı şəhər Prokurorluğu orqanları və respublika ərazisində yerləşən tabe rayon və şəhər prokurorluqlarının «Elektron sənəd dövriyyəsi»nə qoşulması, videokonfrans rejimində bütün tabe struktur qurumlarla əlaqələrin yaradılması, «Elektron cinayət» informasiya sisteminin yaradılması üzrə tədbirlərin yekunlaşdırılması və bu sistemin tətbiqinə başlanılması istiqamətində zəruri tapşırıqlar verib.
SEYMUR
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL