2012-ci ilin iyununda yarımkeçiricilərin satış həcmi azalıb
Yarımkeçiricilər Sənayesi Assosiasiyasının (Semiconductor Industry Association, SIA) dərc etdiyi növbəti hesabata əsasən, 2012-ci ilin iyununda yarımkeçiricilərin satış həcmi may ayı ilə müqayisədə 0,1 faiz azalıb. 2011-ci ilin iyun ayı ilə müqayisədə isə 2 faiz azalma qeydə alınıb.
“ICTnews.az” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, iyunda yarımkeçirici satışlarından əldə olunan mədaxil 24.38 milyard dollar təşkil edib. Müqayisə üçün bildirək ki, 1 il əvvəl bu göstərici 24.89 milyard dollar səviyyəsində idi.
Regionlar üzrə yarımkeçiricilər sənayesində vəziyyət aşağıdakı kimidir: Yaponiyada mayla müqayisədə iyunda satışların həcmi 2 faiz artıb. Asiya-Sakit okean regionunda artım müvafiq olaraq +0,6 və +1 faiz təşkil edib. Bu halda Avropa və Amerikada göstəricilər, əksinə, aşağı düşüb.
“SIA”-nın prezidenti Brayan Tuxi qeyd edib ki, iyunda qeydə alınmış azalmaya baxmayaraq, yarımkeçirici sənayesi iqtisadi çətinliklərin öhdəsindən digər sektorlarla müqayisədə daha yaxşı gəlir.
EMİL
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL