waplog

İİN elektron xidmətlərin tətbiqini genişləndirib


İqtisadi İnkişaf Nazirliyinin (İİN) elektron xidmətlər bölməsində 7 istiqamətdə interaktiv, 9 istiqamət üzrə isə informativ elektron xidmətlər göstərilir.

“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu barədə iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov “elektron xidmətlərin təqdimatı” mövzusunda keçirilən tədbirdə bildirib.

Onun sözlərinə görə, nazirlik tərəfindən göstərilən elektron xidmətlər üzrə qanunvericilikdə müəyyən olunan bütün dövlət rüsumlarının və xidmət haqlarının sahibkarlıq subyektləri tərəfindən elektron qaydada ödənilməsi məqsədilə həm real vaxt rejimində onlayn, həm də ödənişə dair təsdiqedici sənədlərin elektron müraciətə əlavə edilməklə həyata keçirilməsi təmin olunub.

N. Səfərov bildirib ki,  göstərilən xidmətlərin normativ hüquqi təminatına xüsusi diqqət yetirilib. Belə ki, elektron formatda müvafiq müraciətlərin təqdim olunması və bunlara baxılması qanunvericilikdə müəyyən edilmiş qaydada təmin olunur. Eyni zamanda hər bir sahibkar elektron qaydada müraciət etdikdə müvafiq olaraq öz müraciətinə elektron qaydada da cavab alır.

CAHANGİR


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL