waplog

“Nokia” “Windows Phone 8” ilə işləyən smartfonlarını sentyabrda təqdim edəcək


“Nokia” şirkəti yeni “Windows Phone 8” (WP8) mobil əməliyyat sistemi ilə işləyən birinci smartfonlarını 5-6 sentyabrda keçiriləcək “Nokia World” konfransında təqdim edəcək; bu qurğular satışa yeni il ərəfəsi çıxarılacaq.

“ICTnews.az” elektron xəbər xidməti “digit.ru” saytına istinadən  bildirir ki, “Nokia” şirkəti “WP8” platforması ilə işləyən aparatlarını birinci təqdim edəcək, çünki o, “Microsoft”un smartfon bazarı üzrə əsas partnyorudur. Bundan əlavə, “Samsung”, “Huawei” və “HTC” şirkətləri də “WP-8” aparatları istehsal etmək üzrə planları haqqında bildiriblər.

Məlumat üçün bildirək ki, “Microsoft” şirkəti yeni “Windows Phone 8” mobil platformasını iyunda təqdim edib. Sistemin əvvəlki versiyası (Windows Phone 7) ilə işləyən smartfonlar yenilənmiş platformanın quraşdırılmasını dəstəkləməyəcək.

“Canalys” analitik şirkətinin məlumatına görə, 2012-ci ilin ikinci rübünün nəticəsinə görə satılmış smartfonlar arasında “Windows Phone” platformasının payı 3,2 faiz təşkil edib. Müqayisə üçün bildirək ki, “Android” platformasının payı 68,1 faizə, “Apple iOS”-un bazar payı isə 16,4 faizə bərabər olub.
 
EMİL


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL