waplog

Yeni elektron ATS-lərdə ADSL avadanlıqları qurulacaq


“Aztelekom” İB regionlarda əhalinin telefon rabitəsinə olan tələbatının ödənilməsi məqsədilə yeni tədbirlər həyata keçirir.

Bu  barədə “ICTnews” elektron xəbər xidmətinə birlikdən verilən məlumata görə, Şəki  rayon  mərkəzində, Yevlaxda məcburi köçkünlər üçün tikilmiş qəsəbədə, Hacıqabul, Şabran, Oğuz, Qusar, Ağdam, Tərtər, Astara və  Bərdənin  11 kənd yaşayış məntəqəsində yeni elektron ATS-lər (EATS) quraşdırılaraq  istifadəyə verilib. Kənd EATS-nin müvafiq olaraq ADSL avadanlıqları ilə də təmin edilməsi istiqamətində işlər aparılır.

Qeyd edək ki, rayon  telekommunikasiya  qovşaqlarında   xidmət  göstərilən   abunəçilərin  sayı  665 mini  keçib. “Aztelekom” İB-nin  xidmət  ərazisində  hər  100  nəfərə  düşən  telefonların  sayı 12-yə (+0,1),  100  ailəyə  düşən  telefonların  sayı  57,6-ya (+0,5) çatıb.




RƏVAN


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL