Kompyuter kabineti olmayan ümumtəhsil məktəblərində “İnformatika” fənni üzrə praktik məşğələ keçilmir
Kompyuter kabineti olmayan ümumtəhsil məktəblərində "İnformatika" fənni üzrə praktik məşğələ keçilmir. "ICTnews" elektron xəbər xidmətinə bu barədə Təhsil Nazirliyindən məlumat verilib. Nazirliyin 10 iyul 2012-ci il tarixli, 1330 nömrəli əmrinə 13 nömrəli əlavə olaraq, 2012-2013-cü dərs ili üçün tədris planlarına dair qeydlərə görə, tədris dilindən asılı olmayaraq, bütün ümumtəhsil məktəblərində xarici dilin tədrisi birinci sinifdən başlanır: "İkinci xarici dil 2012-2013-cü dərs ilindən etibarən beşinci siniflərdən başlayaraq tədris olunur.
Xarici dil (dillər) üzrə müvafiq pedaqoji kadr potensialı olmadığı halda, ikinci xarici dilə ayrılan saat əsas xarici dilin öyrənilməsinə, ümumiyyətlə, xarici dil keçilməyən məktəblərdə isə "Texnologiya" fənninin tədrisinə verilir. Tərkibində üçüncü və ya dördüncü sinif olan komplekt siniflərdə ana dili (tədris dili) 10 saat, "Həyat bilgisi" və "Texnologiya" fənlərinin hər biri 2 saat tədris olunur".
Müvafiq ixtisaslı kadrları və maddi-texniki, tədris bazası olan ümumtəhsil məktəblərinin altıncı-doqquzuncu siniflərində fakültativ, fərdi və qrup məşğələlərinə ayrılan saatlardan 1 saatı dərs cədvəlinə daxil edilməklə "İnformatika" fənninin tədrisinə verilir: "Müvafiq maddi-tədris baza və ixtisas müəllimləri olduğu halda, şagirdlərin sayı 20 (iyirmi) və daha çox olan siniflər fənlərin tədrisində - bütün ümumtəhsil məktəblərinin beşinci siniflərində "Texnologiya"(ikinci xarici dilə ayrılan saat hesabına tədris edilən "Texnologiya" dərsləri istisna olunmaqla), seçmə fənlərə ayrılan saatlardan 1 saat verilməklə "İnformatika" fənninin 2 saat tədris olunduğu ümumtəhsil məktəblərinin onuncu-onbirinci siniflərində həmin dərslər üzrə praktik məşğələlər üzrə iki qrupa bölünür".
HƏQİQƏT
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL