Əlilliklə bağlı poçtla və elektron qaydada alternativ müraciət mexanizmləri hazırlanıb
“Əlilliyin müəyyən edilməsi, tibbi-sosial reabilitasiyanın həyata keçirilməsi, protez-ortopedik məmulatların və reabilitasiya vasitələrinin təminatı üçün alternativ müraciətlə bağlı Qaydalar”la bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" 23 may 2011-ci il tarixli 429 nömrəli Fərmanı ilə Mərkəzi icra hakimiyyəti orqanlarına səlahiyyətlərinə uyğun olaraq elektron xidmətlər göstərilməsi üçün rəsmi internet informasiya ehtiyatlarında xüsusi elektron xidmət bölməsinin yaradılması tapşırılıb: “Qeyd edilən tapşırığın icrasını təmin etmək, eyni zamanda nazirlik tərəfindən əhaliyə göstərilən xidmətin keyfiyyətinin yüksəldilməsi və qərar qəbuletmə prosesində subyektiv amillərin aradan qaldırılması məqsədilə əlilliyin müəyyən edilməsi, tibbi-sosial reabilitasiyanın həyata keçirilməsi, protez-ortopedik məmulatların və reabilitasiya vasitələrinin təminatı məqsədilə müraciətin və sənədlərin qəbulu <http://www.mlspp.gov.az/?id=16&lang=1> üçün alternativ müraciət (poçtla və elektron) mexanizmləri hazırlanıb”.
Alternativ müraciət mexanizmlərinin pilot olaraq tətbiqinə başlanılıb
Alternativ müraciət mexanizmləri pilot olaraq seçilmiş Respublika Tibbi-Sosial Ekspertiza Mərkəzində (RTSEM), Nəsimi, Bərdə və Tərtər rayonlarına xidmət göstərən 3 və 21 nömrəli Tibbi-Sosial Ekspert Komissiyalarında (TSEK), Respublika Əlillərin Bərpa Mərkəzinə (RƏBM) və Protez-Ortopedik Bərpa Mərkəzinə (POBM) tətbiqinə başlanılıb. Poçtla müraciətin qaydalarına gəlincə, nazirlikdən qeyd edilib ki, mövcud qaydalara əsasən əlilliyin müəyyən edilməsi, tibbi-sosial reabilitasiyanın həyata keçirilməsi, protez-ortopedik məmulatların və reabilitasiya vasitələrinin təminatı üçün müraciət edən şəxslər tələb olunan sənədləri RTSEM-ə, TSEK-ə, RƏBM-ə və POBM-ə şəxsən təqdim etməlidirlər: “Poçtla müraciət zamanı vətəndaşların sözügedən təşkilatlara şəxsən gəlməyinə artıq ehtiyac yoxdur. Belə ki, müraciət edən şəxs poçt şöbəsindən "Forma №1" və "Forma №2"-ni götürür. Bu forma hər bir poçt şöbəsindən pulsuz təqdim olunmalıdır. Daha sonra formanı müvafiq qaydada doldurur və adi müraciət qaydasında əlilliyin müəyyən edilməsi, tibbi-sosial reabilitasiyanın həyata keçirilməsi, protez-ortopedik məmulatların və reabilitasiya vasitələrinin təminatı üçün tələb olunan tam tərkibdə sənədlərlə birlikdə müvafiq olaraq RTSEM-ə, TSEK-ə, RƏBM-ə və POBM-ə göndərir”. Sənədlərin qəbul edilməsi, hansı tarixdə əyani müayinəyə gəlməsi və ya tələb olunan digər sənədlər barədə vətəndaşın mobil nömrəsinə qısa mesaj xidməti (SMS) vasitəsilə bildiriş göndərilir.
Elektron müraciəti seçənlər üçün
Elektron müraciətə gəlincə, əlilliyin müəyyən edilməsi, tibbi-sosial reabilitasiyanın həyata keçirilməsi, protez-ortopedik məmulatların və reabilitasiya vasitələrinin təminatı üçün elektron müraciət etmək məqsədilə nazirliyin “http://www.mlspp.gov.az/” portalının “Elektron Xidmətlər” bölməsində əlilliyin müəyyən edilməsi, tibbi-sosial reabilitasiyanın həyata keçirilməsi, protez-ortopedik məmulatların və reabilitasiya vasitələrinin təminatı üçün e-müraciət (elektron müraciət) alt bölməsi yaradılıb və müraciət formaları qeyd edilib. Buraya “Əlilliyin təyin olunması üçün lazım olan sənədlər”, “Pulsuz minik avtomobilinə tibbi göstərişin təyini üçün lazım olan sənədlər”, “Əlil arabasına tibbi göstərişin təyini üçün lazım olan sənədlər”, “Əlillərin Bərpa Mərkəzlərinə müraciət üçün lazım olan sənədlər”, “Protez-Ortopedik Bərpa Mərkəzinə müraciət üçün lazım olan sənədlər” daxildir: “Həmin alt bölmədə müraciət qaydaları, müraciət üçün tələb olunan forma və sənədlər və digər zəruri məlumatlar yerləşdirilib”.
Elektron müraciət etmək istəyən Bakı şəhərinin Nəsimi rayon, Bərdə və Tərtər rayonlarının sakinləri e-müraciət alt bölməsində yerləşdirilmiş müraciət formasını seçir və doldurur, tələb olunan sənədləri skan (elektron surətini çıxararaq) edərək müvafiq olaraq “rtsem@mlspp.gov.az”, “tsek3@mlspp.gov.az”, “tsek21@mlspp.gov.az”, “rebm@mlspp.gov.az” və “pobm@mlspp.gov.az” elektron poçt ünvanlarına göndərirlər.
Elektron müraciət qəbul edildikdən sonra cavab məktubu ilə sənədlərin qəbul olunması, vətəndaşın hansı tarixdə əyani müayinəyə gəlməsi, qəbul edilmiş qərarlar və ya tələb olunan digər sənədlər barədə məlumatlar bildirilir.
Nazirlikdən “İlkin və ya təkrar əlilliyin təyin olunması zamanı tələb olunan sənədlər” barədə də məlumat verilib. Belə ki, ilkin və ya təkrar əlilliyin təyini üçün xəstəlik və ya travma nəticəsində son altı ayda aparılan müalicələrə baxmayaraq, həyat fəaliyyətinin pozulmuş kriteriyalarının bərpası mümkün olmadıqda yaşayış yeri üzrə müalicə-profilaktika müəssisəsi, yəni poliklinika tərəfindən TSEK-ə göndəriş vərəqəsi - "Forma №88" verildiyi halda əsas sənədlərlə yaşadığı rayonun TSEK-nə müraciət edilir. Xəstəlik və ya travma hərbi xidmətlə, xəstənin peşəsi və işi ilə, qanunda nəzərdə tutulan digər xüsusi hallarla (Çernobıl AES-də qəzanın ləğvi, 20 Yanvar hadisələri) əlaqəli olduqda müvafiq sənədlər də təqdim olunmalıdır: “Xəstə TSEK-də müayinə olunduqdan sonra müvafiq qərar qəbul edilir, qərar sədr tərəfindən elan olunur. Qərar qəbul edilməsində çətinlik yarandığı hallarda xəstə əlavə müayinə üçün müalicə - profilaktika müəssisələrinə və ya qərar verilməsi üçün məsləhət, yaxud mürəkkəb ekspertiza üçün Respublika Tibbi-Sosial Ekspertiza Mərkəzinə əyani müayinəyə göndərilə bilər”.
Həqiqət İSABALAYEVA
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL