Vətəndaşlar elektron xidmətlərlə bağlı müraciətlərə üstünlük verib
2012-ci ilin iyul ayı ərzində Vergilər Nazirliyinin “195” Telefon Məlumat Xidmətinə 28976 müraciət daxil olub. “ICTnews” elektron xəbər xidmətinin VN-ə istinadən verdiyi məlumata görə, bu müraciətlərin 13959-u müfəttiş-operatorlar tərəfindən canlı rejimdə, 15017-si elektron operator tərəfindən avtomatik rejimdə cavablandırılıb.
Bundan əlavə, mesaj xidməti vasitəsilə 200249 vergi ödəyicisi məlumatlandırılıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,3 dəfə çoxdur.
Hesabat dövründə vergi ödəyicilərindən daxil olan müraciətlər sırasında elektron xidmətlərlə (25,4%) və vergi ödəyicilərinə göndərilmiş mesajlarla bağlı müraciətlər (13,1%), vergi növləri (12,3%), qeydiyyat prosesi (11,2%), hesabatlar və onların doldurulma qaydaları (10,6%), büdcə, vergi ödəyiciləri və vergi orqanlarının rekvizitləri (9,8%) barədə məlumatların əldə edilməsi ilə bağlı müraciətlər üstünlük təşkil edib.
Hesabat dövründə sual xarakterli müraciətlərin 98,9%-i müfəttiş-operatorlar tərəfindən birbaşa cavablandırılmış, 1,1%-i barədə isə müvafiq araşdırılma aparılması üçün sual vərəqəsi tərtib edilib.
72 müraciət araşdırılması üçün aidiyyəti üzrə göndərilib.
CAHANGİR
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL