Dənizkənarı Milli Parkda qurulan yeni nəsil taksofonların sayı artırılacaq
Bakıda Dənizkənarı Milli Parkda qurulan yeni nəsil taksofonların sayı artırılacaq. Bu barədə “ICTnews” elektron xəbər xidmətinə Bakı Telefon Rabitəsi İstehsalat Birliyindən verilən məlumatda bildirilir. Məlumatda qeyd edilir ki, vətəndaşların rahatlığının təmin edilməsi onların informasiya texnologiyalarına çıxışının daha da asanlaşdırılması üçün bulvarın genişləndirilən ərazisində yeni taksofonlar qurulacaq.
Qeyd edək ki, hazırda bulvar ərazisində insanların rahatçılığı üçün müəyyən ərazilərdə GSM tipli müasir taksofonlar var və tələb olunan vaxtlarda onların yerinin dəyişdirilməsi asandır.
Məlumat üçün bildirək ki, taksofonlar həm kartla, həm də qəpiklə işləyir . Bu taksofon aparatları Çin, pavilyonları isə Fransa istehsalıdır. Taksofonların köməkliyilə internetə qoşulmaq mümkündür. İstifadəçilər bu aparatlar vasitəsilə “Skype”-a da qoşula bilərlər.
Bundan başqa, taksofonlardan “Bluetooth” vasitəsilə mobil telefona foto və musiqi yükləmək mümkündür.Veb-taksofonlarda onlayn oyun və informasiya bölmələri də var. Menyu isə Azərbaycan və ingilis dillərindədir. Aparatlarda internetin 1 dəqiqəsi 2 qəpiyədir. “Bluetooth”dan bir dəfə istifadə isə 20 qəpikdir.
Şəhərdaxili zənglərin 1 dəqiqəsi 3 qəpik, ölkədaxili danışıqların 1 dəqiqəsi isə 7 qəpikdir. Mobil nömrələrlə 1 dəqiqə danışmaq 10 qəpiyə başa gəlir. İran, Türkiyə, Pakistan kimi ölkələrə zəng vuran zaman 1 dəqiqə 45 qəpiyə, BMT və Baltikyanı ölkələrə 36 qəpiyə, Avropa, Amerika və digər dövlətlərə isə 54 qəpiyə başa gəlir.Onu da bildirək ki, bulvar ərazisi eyni zamanda simsiz internet şəbəkəsinin əhatə dairəsindədir.
RƏVAN
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL