waplog

RİTN-də geniş kollegiya iclası keçirilir


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2011-ci ilin I yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında dövlət başçısı tərəfindən verilmiş tapşırıqların icrası ilə bağlı Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində (RİTN) geniş kollegiya iclası keçirilir.
Nazirliyin struktur bölmələrinin, tabeliyindəki qurumların rəhbərlərinin iştirakı ilə keçirilən kollegiya iclasında Nazirlər Kabinetinin 2011-ci ilin I yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında dövlət başçısı tərəfindən verilən göstərişlərin icrası ilə bağlı nazirliyin müvafiq şöbə və qurumlarına tapşırıqlar veriləcək. Eyni zamanda, cari ilin 6 ayı ərzində rabitə və informasiya texnologiyaları sahəsində görülən işlər, həyata keçirilən tədbirlər və əldə olunan uğurlarla bağlı məruzə dinləniləcək.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL