waplog

Dövlət Sərhəd Xidməti “Elektron hökumət” portalına qoşuldu


Məlum olduğu kimi, ölkəmizdə “elektron hökumət”in qurulması və informasiya-kommunikasiya texnologiyalarının (İKT) tətbiqinin genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər sürətlə davam edir.

Görülən genişmiqyaslı işlərin nəticəsidir ki, “Elektron hökumət”  Dövlət İnformasiya Sisteminə (EHDİS) qoşulan dövlət orqanlarının sayı artmaqdadır. “Elektron hökumət” portalına növbəti qoşulan dövlət orqanı Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətidir. Belə ki, artıq Xidmət tərəfindən təqdim olunan elektron xidmətlər  portala inteqrasiya edilib.

“İCTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu, Dövlət Sərhəd Xidmətinə hərbi xidmətə (işə) və Akademiyasına qəbul üçün elektron anket və məktub yazmaq xidmətlərini əhatə edir. Hazırda Xidmətə və Akademiyaya qəbul  üçün tələb olunan anketi və müxtəlif məsələlərlə əlaqədar müraciəti elektron qaydada həyata keçirmək mümkündür.



CAHANGİR


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL