waplog

“Sınıq Körpü”də mobil telefon qaçaqmalçılığı ilə bağlı hüquq pozuntusu qeydə alınıb


“Sınıq Körpü” gömrük postunda gömrük sahəsində mobil telefon qaçaqmalçılığı ilə bağlı hüquq pozuntusu  qeydə alınıb. Belə ki, avqustun 3-də Gürcüstan Respublikasından Azərbaycan  Respublikasına gələn “Opel Frontera” markalı minik avtomobilinə gömrük nəzarəti keçirilmiş, həmin nəqliyyat vasitəsinin sahibinin Gürcüstan vətəndaşı Sakinə Seyidova, sürücü isə Azərbaycan vətəndaşı Raqil Həsənovun olduğu müəyyən edilmişdir.

“ICTnews” elektron xəbər xidmətinə bu barədə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib. Komitənin mətbuat xidmətindən bildirilib ki, baxış zamanı nəqliyyat vasitəsinin yanacaq çəninin içərisindən vətəndaş R.Həsənova məxsus müxtəlif markalı 251 ədəd mobil telefon və mobil telefonlara aid 817 ədəd aksesuar aşkar edilərək götürülmüşdür. Faktla bağlı təhqiqat aparılır.




 
HƏQİQƏT
 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL