waplog

2012-ci ilin ilk 6 ayında ən yüksək artım tempi rabitə sahəsində qeydə alınıb


Azərbaycan Mərkəzi Bankı 2012-ci ilin ilk yarısı üzrə pul siyasəti icmalını açıqlayıb. "ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, icmalda bildirilir ki, cari ilin I yarımilliyində ÜDM real ifadədə 1.5% artıb və nominal olaraq 26 mlrd. manata çatıb.

Hesabat dövründə qeyri-neft sektorunda isə artım 11.3% təşkil edib. ÜDM-in yarısı qeyri-neft sektorunun payına düşüb və iqtisadiyyatın bu sektoru ümumi artıma 5.5% bəndi təsir edib.

Cari ilin 6 ayında qeyri-neft sektorunun bütün sahələrində artım müşahidə edilib. Sahələr arasında ən yüksək artım tempi tikinti, ictimai iaşə, rabitə və emal sənayesində qeydə alınıb. Sənayedə artım əsasən qida, metallurgiya, maşınqayırma və kimya sənayesindən qaynaqlanıb. Kənd təsərrüfatında isə müşahidə olunan yüksək artım həm bitkiçilik məhsulları istehsalında, həm də heyvandarlıqda baş verib.

Hökumətin, habelə beynəlxalq institutların proqnozlarına görə, yaxın perspektivdə ölkədə iqtisadi artımın davam edəcəyi gözlənilir. Dünya Bankının açıqladığı son iqtisadi xülasəsində Azərbaycan üzrə iqtisadi artımın cari və gələn ildə davam edəcəyi qeyd edilib. Təşkilat ölkə üzrə iqtisadi artımın 2012 və 2013-cü illər üçün müvafiq olaraq 3.1% və 3.5%, o cümlədən qeyri-neft sektoru üzrə hər iki ildə 5.5-6% artacağını proqnozlaşdırır. Bütövlükdə BMT, BVF, AYİB və DB-nın proqnozları 2012-ci ildə ölkədə iqtisadi artımın ortalama 3.5% olacağını göstərir.

SEYMUR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL