waplog

Füzulidə telekommunikasiya və poçt rabitəsi sahəsində hər hansı problem yaranmayıb


 İranda baş vermiş zəlzələ nəticəsində Azərbaycanın Füzuli rayonunun işğaldan azad olunmuş ərazilərində telekommunikasiya və poçt rabitəsi sahəsində hər hansı problem yaranmayıb.

Bu barədə "ICTnews" elektron xəbər xidmətinə Füzuli rayon Telekommunikasiya Qovşağının rəisi Yavər Məmişov məlumat verib. Y.Məmişovun sözlərinə görə, zəlzələ nəticəsində İcra Hakimiyyətinə Horadiz şəhərində və ətraf yaşayış məntəqələrində evlərdə çatların yaranması ilə bağlı daxil olan məlumatlarla bağlı dəqiqləşmələr aparılır."Biz öz növbəmizdə işğaldan azad olunan ərazilərdə rabitə sahəsində monitorinqlər apardıq. Hər şey normaldır. ATS binaları, birləşdirici xətlər, optik kabellərin işində problem yoxdur"- deyə o bildirib.

Qeyd edək ki, avqustun 11-də İranın Əhər bölgəsində baş vermiş 6,6 bal gücündə zəlzələ nəticəsində dağıntılar olub, insan tələfatı var.

RƏVAN

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL