Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində kollegiya iclası keçirilmişdir
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində (RİTN) 2011-ci ilin 6 ayının yekunlarına həsr olunmuş kollegiya iclası keçirilmişdir.
Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov kollegiya iclasına ölkə başçısının Nazirlər Kabinetinin 2011-ci ilin 6 ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında çıxışındakı “Bu ilin birinci yarsında informasiya-kommunikasiya sektorunda çox böyük artım qeydə alınmışdır. Bu sektor çox dinamik inkişaf edir” fikirləri ilə başlamışdır.
Nazir ölkə başçısının Nazirlər Kabinetinin geniş iclasındakı proqram xarakterli çıxışından irəli gələn vəzifələr və gələcək perspektivlər barədə danışaraq, informasiya-kommunikasiya texnologiyalarının böyük kommersiya əhəmiyyəti daşıması, sektorun yeni gəlir mənbəyinə çevrilməsi gələcəkdə bu sektorda əldə olunacaq gəlirlərin ölkə iqtisadiyyatının inkişafına güclü təsir göstərəcəyini qeyd etmişdir.
2011-ci ilin 6 ayı ərzində sektor üzrə qeydə alınan nəticələr barədə çıxış edən məruzəçi bildirmişdir ki, ötən dövr ərzində İKT sektorunda artım tempi 15,8%, o cümlədən telekommunikasiya sektorunda 10,6%, İT sektorunda 2,0 dəfə, informasiya sektorunda isə 23,4% təşkil etmişdir.
Hesabat dövründə mobil abunəçilərin sayı 9 629 000 nəfər, əhalinin hər 100 nəfərinə düşən kompüterlərin sayı 15 ədəd, internet istifadəçilərinin sayı 50-yə bərabər olmuşdur.
Sonra məruzə ətrafında RİTN-in bir sıra birlik və müəssisələrinin rəhbərləri çıxış etmişlər.
Kollegiyaya yekun vuran nazir Azərbaycan Prezidenti İlham Əliyevin ölkədə informasiya-kommunikasiya texnologiyaları sahəsinin inkişafını yüksək qiymətləndirdiyini bir daha vurğulayaraq, qəbul olunmuş Dövlət Proqramlarının icrası, kosmik peykin orbitə çıxarılması, ölkəmiz və eyni zamanda region üçün mühüm əhəmiyyət kəsb edəcək “Trans-Avrasiya Super İnformasiya Magistralı”, “Elektron-hökümət” layihələrinin reallaşdırılması, rəqəmsal televiziyanının tətbiqi, poçt sektorunda bank xidmətlərinin genişləndirilməsi, Regional İnformasiya Xidmət Mərkəzlərinin, özəl sektorda sağlam rəqabət mühitinin yaradılması, bundan başqa, Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 iyul tarixli 2292 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə milli strategiya”dan irəli gələn məsələlərin həllinə nəzarətin gücləndirilməsi, əhaliyə göstərilən rabitə xidmətlərinin, eləcə də xidmət mədəniyyətinin yüksəldilməsi və bir sıra mühüm əhəmiyyət kəsb edən layihələrin və məsələlərin icrasının təmin olunması, eyni zamanda bu sahədə mövcud çatışmazlıqların aradan qaldırılması üçün tapşırıqlar vermişdir.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL