waplog

Daha bir dövlət orqanı “Elektron hökumət” portalına qoşuldu


Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi (KTN) "Elektron Hökumət" Dövlət İnformasiya Sisteminə (EHDİS) qoşulub. Belə ki, KTN tərəfindən təqdim olunan 2 elektron xidmət portala inteqrasiya edilib.

"ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, bu e-xidmətlər özəl damazlıq və özəl toxumçuluq fəaliyyətləri sahəsində şəhadətnamələrin verilməsi üçün müraciətin və sənədlərin qəbulunu əhatə edir.

Qeyd edək ki, hazırda "Elektron hökumət" portalına Rabitə və İnformasiya Texnologiyaları, Vergilər, Daxili İşlər, Təhsil, Əmək və Əhalinin Sosial Müdafiəsi, Fövqəladə Hallar, Səhiyyə, Ədliyyə, İqtisadi İnkişaf, Gənclər və İdman, Ekologiya və Təbii Sərvətlər, Kənd Təsərrüfatı nazirlikləri, Gömrük, Torpaq və Xəritəçəkmə, Statistika, Qiymətli Kağızlar, Qaçqınlar və Məcburi Köçkünlər, Şəhərsalma və Arxitektura komitələri, Sosial Müdafiə Fondu, "Azərenerji" ASC, Milli Arxiv İdarəsi, Müəllif Hüquqları Agentliyi, Dövlət Dəniz Administrasiyası və Dövlət Sərhəd Xidməti qoşulub.

CAHANGİR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL