waplog

RİTN-in monitorinqləri xidmətlərin keyfiyyətini artırmağın vacibliyini göstərdi


2011-ci ilin birinci yarısı ərzində Azərbaycanın informasiya-kommunikasiya texnologiyaları sektorunun gəliri təxminən 15% artıb ki, bu da ümumdünya orta göstəricisini iki dəfə üstələyir. Bu barədə Azərbaycanın Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib.
Nazirin sözlərinə görə, bu tendensiya Azərbaycanda təxminən 6-7 ildir davam edir. Mobil rabitə sektoru üzrə göstərilən xidmətlərin sayında artım müşahidə olunur. Abbasov bildirib ki, nüfuz etmə səviyyəsi təxminən 105 faiz təşkil edib, mobil rabitə tarifləri isə təxminən 30 faiz azaldılıb. Eləcə də istiqamətindən asılı olaraq rouminq qiymətlərinin dəyəri 20-dən 50 faizədək azaldılıb. Həmçinin, nazirlik əhaliyə göstərilən telekommunikasiya xidmətlərinin keyfiyyət monitorinqinin aparılmasına başlayıb.
Onun sözlərinə görə, monitorinqlər əsasən stasionar rabitə sahəsində problemlərin aşkar edilməsi üzrə aparılır. "Monitorinqlərin ilkin nəticələri göstərdi ki, əhaliyə göstərilən xidmətlərin keyfiyyəti kifayət qədər yüksək səviyyədə deyil. Nazirlik onların keyfiyyətinin artırılması üçün xüsusi tədbirlər hazırlayır və həyata keçirir", - nazir deyib.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL