Yerli bankda “Call-centre” xidməti istifadəyə verilib
"NBC Bank"ın Telefon Məlumat ("Call-center") Mərkəzi istifadəyə verilib. "ICTnews" elektron xəbər xidmətinin "NBC Bank"a istinadən verdiyi məlumata görə, bankın Telefon Məlumat Mərkəzi ("Call-center") 24/7 saat ərzində müştərilərə bankın təklif etdiyi məhsullar, xidmətlər və kampaniyalar haqqında ətraflı məlumat almaq imkanı yaradır.
Artıq bankla operativ əlaqə saxlamaq üçün müştəriyə yalnız (012) 932 nömrəsini yığmaq kifayət edir.
Qeyd edək ki, müştərilər operatorla bazar ertəsi – cümə günləri saat 9:00-18:00-a və şənbə günü saat 10:00 – 14:00-a qədər əlaqə saxlaya biləcəklər.
Digər vaxtlarda zənglər səsli mesaj kimi qeydiyyata alınacaq və iş vaxtı operativ olaraq cavablandırılacaq.
CAHANGİR
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL