Yüksək texnologiyalar istehsalçıları olan serb şirkətləri Azərbaycan bazarında partnyor axtarırlar
Serbiya şirkətləri azərbaycanlı sahibkarlara əməkdaşlıq təklifləri edir. "ICTnews" elektron xəbər xidmətinə bu barədə Serbiya-Azərbaycan Ticarət Palatasının təmsilçisi Yekaterina Qluşayeva məlumat verib.
Onun sözlərinə görə, "TELEGROUP", "IRITEL", "ENIKOM" və "DEMI" şirkətləri öz məhsullarının Azərbaycan bazarında satışını təmin etmək üçün yerli partnyor tapmaq marağındadır: "Məsələn, Cənub-Şərqi Avropada telekommunikasiya sahəsi üzrə aparıcı şirkət olan "IRITEL"-in Serbiyada əsas tərəfdaşları "Telekom Serbiya", "Telenor", hökumət agentlikləri, banklar və s.-dir. Dünya bazarında "IRITEL"-in lisenziyalı nümayəndəlikləri isə Serbiya Respublikasında Banya Lukada, Suriyada Dəməşqdə, Uqandada Kampalada, Çilidə Santyaqoda, Braziliyada Paco Fundidə yerləşir. Xidmətlərinə telekommunikasiya şəbəkələrinin inkişafı, layihələrin texniki yoxlanması, telekommunikasiya xidməti sistemləri və avadanlıq, telekommunikasiya şəbəkələrinin quraşdırılması və istismarı, telekommunikasiya sistemləri və qurğular sahəsində unikal həllər və s. daxildir". Y.Qluşayeva bildirib ki, Serbiya şirkətləri ilə yanaşı, Azərbaycana gələn təkliflər sırasında Qərbi Avstraliya kompaniyası olan "BSS" (Benic Spatial Solutions Pty Ltd) şirkəti də var. Şirkətin istehsal etdikləri məhsullara gəlincə, "Topcon" korporasiyasının (Topcon Corporation) əsas tərəfdaşı kimi "Sabahın Texnologiyası bu gün" devizi altında fəaliyyət göstərən "Benic Spatial Solutions" şirkətinin hazırda təklif etdiyi əsas xidmətlərə aqrar və inşaat sektorları üçün yüksək texnologiyalara əsaslanan "GPS and GPS/GLONASS" məhsulları daxildir: "Serbiya və Balkan regionunda 3DMC üzrə naviqasiya sistemləri, "GPS" icarəsi, geodeziya işləri, alətlər və kalibrləmə kimi təklifləri ilə yanaşı, şirkət yaxın gələcəkdə planlarına telematik izləmə, mobil skayner və xəritəçəkmə, GIS məhsulları, GIS modelləşdirilməsi, "Topcon Network RTK" və s. kimi xidmətləri də daxil edib. Məqsəd Serbiya və Balkan regionunda 3DMC sistemləri və alətləri üzrə əsas, aparıcı provayder kimi tanınmaq, məhsuldarlığı artıraraq 3DMC mövqeli naviqasiya alətləri ilə müştəriləri təmin etməkdir".
Yerli partnyor tapmaq marağında olan digər şirkət "IntelliMedia"-dır. Şirkət müştərilərinə müxtəlif çeşidli xidmətləri ilə yanaşı, müəyyən televiziya proqramları üçün proqram təminatı, telekommunikasiya, telefon viktorinaları, azart oyunlar və s. təklif edir. "
IntelliMedia"-nın təklif etdiyi marketinq xidmətlərinə çapla yanaşı, yüksək keyfiyyətli video və audiokliplərin hazırlanması da daxildir.
Y.Qluşayeva bildirib ki, təkliflərə marağı yarananlar Serbiya-Azərbaycan Ticarət Palatasına (Ünvan: Beoqrad, Terezije 39; tel.: +381 11 303 31 46; fax: +381 11 303 42 82; www.sakom.org.rs; office@sakom.org.rs; sakom.office@gmail.com) müraciət edə bilərlər.
HƏQİQƏT
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL