waplog

Ölkəyə gizli yolla mobil telefon və müxtəlif telefonlara aid aksesuarlar keçirmək istəyənlərin sayı artıb


Gürcüstan Respublikasından Azərbaycana mobil telefon və müxtəlif mobil telefonlara aid aksesuarları gizli yolla keçirmək üçün növbəti cəhd göstərilib.

Belə ki, "Sınıq Körpü" gömrük postunda Gürcüstandan Azərbaycan Respublikasına gələn Azərbaycan vətəndaşı Nadir Abdullayevin idarə etdiyi "VAZ-21074" markalı minik avtomobilinə gömrük nəzarəti həyata keçirilib.

Sənədlərə baxış zamanı nəqliyyat vasitəsinin Azərbaycan vətəndaşı Elviz Qurbanov tərəfindən Gürcüstan istiqamətində aparıldığı və Nadir Abdullayevin isə həmin avtomobili idarə etmək hüququnu təsdiq edən sənədinin olmadığı müəyyən edilib.

"ICTnews" elektron xəbər xidmətinə bu barədə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib. Komitənin mətbuat xidmətindən bildirilib ki, bundan başqa, yoxlama zamanı nəqliyyat vasitəsindən müxtəlif markalı, cəmi 82 ədəd mobil telefon və müxtəlif mobil telefonlara aid aksesuarlar - 160 ədəd akkumulyator, 183 ədəd qidalandırma cihazı, 184 ədəd qulaqcıq və 17 ədəd karton qutu aşkar edilib.

Həmçinin nəqliyyat vasitəsinin salonunda 2 ədəd kustar üsulla hazırlanmış 35BD444 nömrə nişanı gömrük nəzarətindən gizlədilmiş şəkildə aşkar olunub.

HƏQİQƏT

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL