waplog

Şirkətlərə analoq televizorların istehsalının məhdudlaşdırılması tövsiyə edilir


Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) respublikada televizor istehsal edən şirkətlərə tövsiyələr verib. "ICTnews" elektron xəbər xidmətinə bu barədə AZPROMO-dan məlumat verilib. Qurumdan bildirilib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 10 fevral tarixli, 26 saylı qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası ərazisində DVB-T rəqəmli televiziya yayım sisteminin tətbiqi və inkişafı Proqramı"na uyğun olaraq aidiyyəti dövlət qurumları tərəfindən müvafiq tədbirlər görülməkdədir.

Belə ki, əhali yaşayan ərazilərin 87 faizini rəqəmli TV ilə təmin edən TV yayım şəbəkəsi qurulub və Milli Televiziya və Radio Şurasının müvafiq qərarı ilə açıq paketə daxil olan (AzTV, İdman, Mədəniyyət, İTV, Lider TV, ANS TV, ATV, Space TV, Xəzər TV və TRT-1) TV proqramlarının bu şəbəkə vasitəsilə yayımına Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən müvafiq texniki imkanlar yaradılıb və yayıma başlanıb: "Hazırda ölkə ərazisində analoq TV proqramlarının rəqəmli TV proqramları ilə paralel olaraq yayımı həyata keçirilir.

Lakin analoq və rəqəmli TV yayımının uzun müddət paralel həyata keçirilməsinin iqtisadi cəhətdən əlverişsiz olduğunu və ölkənin rəqəmli TV yayımına tam keçidi üçün əlavə tezlik resurslarına ciddi tələbatın olduğunu nəzərə alaraq, analoq yayımının 2012-ci ilin sonuna qədər mərhələlərlə dayandırılması planlaşdırılır.

Eyni zamanda, 2012-ci ilin sonuna qədər rəqəmli TV yayımı vasitəsilə ölkə əhalisinin 99 faizinin əhatə olunması üçün tədbirlər davam etdirilir".

Qeyd olunan tədbirlərin həyata keçirilməsi nəticəsində əhali yalnız rəqəmli televizorlardan və ya əlavə çevirici qurğulardan istifadə etməklə proqramları seyr edə biləcək: "

Göstərilənləri və hazırda dünya ölkələrində əsasən rəqəmli televizorların istehsal və istifadə edildiyini, rəqəmli TV yayım üzrə milli standartın qəbul edildiyini, milli standartlara malik rəqəmli televizorların ölkədə istehsalına daha çox üstünlük veriləcəyini nəzərə alaraq, DVB-T və ya DVB-T2 MPEG-4 çevirici qurğusu olmayan, mənəvi cəhətdən köhnəlmiş analoq televizorların istehsalının məhdudlaşdırılması və rəqəmli televizorların istehsalına başlanılması üçün müvafiq tədbirlərin görülməsi tövsiyə olunur".

HƏQİQƏT

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL