waplog

“Cisco” analitikləri utandırdı


Şəbəkə avadanlığının ən iri istehsalçısı olan “Cisco Systems” şirkəti hesabatı dərc edib. Nəticə analitiklərin proqnozlarından yuxarı olub.

Buna səbəb “Cisco”-nun heyətinin bir hissəsini ixtisar etməsi olub. Nəticədə şirkət daxili xərclərini azaltmağa müvəffəq olub.

“ICTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, ötən rübdə əməliyyat mənfəəti 1 səhm üçün 47 sent təşkil edib. Analitiklər isə 46 sent olacağını proqnozlaşdırmışdılar. Şirkətin mədaxili 4,4 faiz artaraq 11,7 milyard dollar təşkil edib.

Şirkətdən verilən məlumata görə, Avropadakı iqtisadi böhran onun işlərinə mənfi təsir edib, çünki şirkətin satışlarının təxminən beşdə bir hissəsi Avropanın payına düşür.

EMİL

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL