Azərbaycanda rəqəmli televiziya yayımının əhatə zonası genişləndirilib
Azərbaycan ərazisində rəqəmli televiziya yayım sisteminin tətbiqi və inkişafı istiqamətində “Teleradio” İB-nin mütəxəssisləri tərəfindən bir çox işlər görülüb.
“ICTnews” elektron xəbər xidmətinə birlikdən verilən məlumata görə, cari il, 20 iyul tarixdə Qax rayonunun Almalı RTS-də 29-cu TV kanalında “Vigintos Elektronika” tipli, gücü 300 Vt olan, Şəki RTS-də 60-cı TV kanalda “Vigintos Elektronika” tipli, 600 Vt-lıq DVB-T vericiləri quraşdırılaraq istismara verilib və 10 proqramlı sosial paketin yayımı təmin olunub.
Həmçinin, Tovuz RTS-də 58-ci TV kanalında 300 Vt-lıq “Vigintos Elektronika” tipli, Xaçmaz rayonunun Yalama RTS-də 52-ci TV kanalında, 300 Vt-lıq “Vigintos Elektronika” tipli, DVB-T rəqəmli vericiləri quraşdırılaraq istismara verilib.
Bundan başqa, Qusar rayonunun Cibir RTS-də 42-ci TV kanalında “Vigintos Elektronika” şirkətinin istehsalı olan 600 Vt-lıq, iyulun 27-də Siyəzən rayonunun Gilgilçay RTS-də 30-cu TV kanalda, ”DUT-8543” tipli, gücü 150 Vt olan rəqəmli DVB-T vericiləri quraşdırılaraq istismara verilib.
Bununla da nəinki qeyd edilən rayonların, eləcə də yaxınlıqda yerləşən rayonların əraziləri də rəqəmli yayım ilə əhatə olunub. Həmçinin, Mədəniyyət TV proqramının regionlarda yayım əhatəsinin genişləndirilməsi üçün 6 iyul tarixdə Gədəbəy RRS-də 40-cı TV kanalda 100 Vt-lıq “Vigintos Elektronika” tipli verici quraşdırılıb istifadəyə verilib.
Nəticədə, Gədəbəy rayon mərkəzində və ətraf yaşayış məntəqələrində “Mədəniyyət” TV-nin keyfiyyətli yayımı təmin olunub.
CAHANGİR
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL