waplog

“Nokia” tezliklə yeni nəsil smartfonlar təqdim edəcək


"Nokia" şirkətinin direktoru Stiven Elop 2012-ci il sentyabrın 5-də "Microsoft" şirkəti ilə birlikdə Nyu-Yorkda (ABŞ) xüsusi tədbir keçirəcəyi barədə məlumat verib.

"ICTnews.az" elektron xəbər xidməti "compulenta.ru" saytına istinadən bildirir ki, cənab Elop tədbirin mövzusu barədə məlumat verməyib.

Lakin o, bundan əvvəl "Nokia" şirkətinin tezliklə "Windows Phone 8" (WP) əməliyyat sistemi ilə işləyən növbəti nəsil smartfonlar təqdim edəcəyi barədə məlumat vermişdi. Yeni smartfonların "Nokia World 2012" konfransında nümayiş etdiriləcəyi istisna deyil.

Qeyd edək ki, "Nokia" şirkəti smartfon bazarında mövqeyini itirməyə davam edir: finlər 2012-ci aprel-iyun ayları ərzində 10,2 milyon smartfon satıblar. Bu göstərici 2011-ci ilin müvafiq dövrü ilə müqayisədə 6.5 milyon azdır.

EMİL

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL